Operativ qərargah bu komandalara məşqlərə başlamağa

Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib.

Metbuat.az xəbər verir ki, növbəti mövsüm avrokuboklarda çıxış edəcək "Qarabağ”, "Neftçi”, "Keşlə” və "Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən razılıq verilib.

Gənclər və İdman Nazirliyi bütün Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.

Digər məlumata görə, klublar sərt karantinin olmadığı Qəbələyə yollanacaq və orada məşqlərini keçirə biləcəklər. Lakin komandaların hələ hansı tarixdə Qəbələyə yollanacağı bilinmir. Böyük ehtimalla, sabahdan etibarən komandalar məşqlərə başlaya biləcək.

Bildirək ki, "Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq "Neftçi”, "Keşlə” və "Sumqayıt” isə 27 avqustda keçirəcək.

Qeyd edək ki, PFL prezidenti Ramin Musayev oxu.az-a müsahibəsində AFFA-nın bu dörd klub üçün dövlətdən razılıq alması üçün danışıqlar apardığını bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR