Canlı yayımda azyaşlı bacısına nalayiq hərəkət etdi -

Türkiyədə Betül Aşçı adında 19 yaşlı qız canlı yayımda kiçik bacısına zorla siqaret çəkdirməyə çalışıb.

Metbuat.az xəbər verir ki, qızın sosial mediada yayımlanan görüntüləri qəzəb yaradıb. Kiçik bacısına siqaret çəkdirməyə çalışan və bu görüntüləri yayan Betül Aşçının bu davranışları birmənalı qarşılanmayıb. Son 24 saat ərzində Twitterdəki hashtaglarda onun həbs olunması çağırışları başlayıb.

Yayılmış görüntülərdə qadın İnstaqramda canlı yayım açaraq təhqiramiz ifadələrlə söhbət edir. O qucağında oturan balaca bacısını siqaret çəkməyə məcbur etməyə çalışır. Kiçik qızın bu vəziyyətdən narahat olmasına baxmayaraq ona israrla siqaret çəkməyi təklif edir. Görüntülərdə bacısının "Atam siqaret çəkmir, siqaret çəkmirəm" sözləri Betül Aşçının "Mən sənin atanam?" deyə cavab verir.

Sosial media istifadəçiləri, bacısını siqaret çəkməyə məcbur edən Betül Aşçı barəsində hüquq mühafizə orqanlarına məlumat vermək haqqında birlik nümayiş etdiriblər. Bugün 19 yaşlı gənc qız həbs edilib.

Böyük səs-küyə səbəb olan həmin görüntüləri təqdim edirik:

Mənbə:Huriyyet.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR