Dünyanın ən zəngin adamı son 24 saatda 9 milyard qazandı

Dünyanın ən zəngin iş adamı Cef Bezosun sərvəti 180 milyardı keçərək rekord qırıb. Modern dönəmin ən zəngin insanı olan Bezosun sərvəti 182 milyarda çatıb.

Metbuat.az xəbər verir ki, "Amazon" şirkətinin sahibin sərvəti son 24 saatda 9 milyard 240 milyon dollar artıb. "CNN"də yer alan xəbərə görə, şirkətin hissələri dünən ilk dəfə 3 min dollara çıxıb. Şirkətin bazar dəyəri isə ilk dəfə 1,5 trilyon dollar səviyyəsinə qalxıb.

Cef Bezos bu il 56,7 milyard qazana bilib. Onun sərvətinin böyük qismini "Amazon"da sahib olduğu 11% hissə təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR