Bakıda yüksək sürətlə maşın idarə edib kameraya çəkən qadın tutuldu -

Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsünün 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək çəkdiyi video paylaşılıb.

Metbuat.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sözügedən video ilə bağlı ətraflı araşdırma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb:

"Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Barəsində müvafiq olaraq tədbir görülüb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR