Türkiyə parlamentinin yeni sədri məlum oldu

Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri məlum olub.

Metbuat.az xəbər verir ki, Mustafa Şentop yenidən TBMM sədri seçilib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatları da Şentopun namizədliyini dəstəkləyiblər.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR