Əfsanəvi pilot karyerasını yenidən bərpa etdi

"Formula 1"də iki dəfə çempionluq sevinci yaşamış əfsanə pilot Fernando Alonso keçmiş komandası "Renault"a geri dönüb.

Metbuat.az xəbər verir ki, bu barədə "Renault" komandasında rəsmi açıqlama verilib. 2 il aradan sonra "Formula 1"ə qayıdan Alonso 2021-ci il mövsümündə ilk dəfə pistə çıxacaq. Alonso son olaraq "McLaren" ilə "Formula 1"də yarışmışdı.

Daniel Rikkardionun yerinə gələn Alonsonun komanda yoldaşı Sebastian Okon olacaq.

Mənbə: Hürriyet


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR