Yanvar-iyun aylarında Azərbaycanda 17,8 mln ton neft hasil edilib

2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Metbuat.az xəbər verir ki, xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Hesabat dövründə neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 mln ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 12,2 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 mln ton təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR