Koronavirus 200 illik şirkəti də vurdu: ABŞ prezidentləri müştərisi idi

ABŞ-da prezidentləri və məşhur bank sahiblərini geyimlə təmin etməsi ilə tanınan "Brooks Brothers" iflas edib.

Metbuat.az xəbər verir ki, 1818-ci ildə qurulan geyim markası "Brooks Brothers" koronavirus pandemiyasının işlərini məhv etdiyini bildirib məhkəməyə müraciət edib və alıcı tapmaq üçün 500-dən çox mağazasından yarısını bağalayacaq.

200 yaşı olan şirkət bugünə qədər 40 ABŞ prezidentinə xidmət göstərmişdi.

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR