.

Azərbaycanın bu şəhərində koronavirus tüğyan edir: Giriş-çıxış məhdudlaşdırıldı, postlar quruldu

Xəbər verdiyimiz kimi, ötən gün Baş nazir Əli Əsədov GoranboyGöygöl rayonlarının bütün ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verib.

Belə ki, digər şəhər və rayonlarla yanaşı, bu rayonlarda da xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə bağlı qərar verilib.

Metbuat.az xəbər verir ki, Goranboyun Dəliməmmədli şəhərində koronavirusun daha çox yayıldığı, polis postlarının qurulduğu bildirilir. Şəhərə rayonun başqa yerlərindən giriş-çıxışın məhdudlaşdırıldığı bildirilir. Yoluxmanın daha çox həmin şəhəri əhatə etdiyi, bir neçə nəfərin isə koronavirus səbəbindən öldüyü bildirilir.(Axeber.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR