x
Loading...

Rayonlardan paytaxta gizli sərnişin daşıyanlar həbs olundular - VİDEO

.

Rayonlardan Bakıya qanunsuz sərnişin daşıması ilə məşğul olan şəxslər həbs olunub.

Baku.Tv xəbər verir ki, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini Nicat Hüseynov özünə məxsus olan avtomobillə ötən gün postlardan yayınmaqla müvafiq icazəsi olmayan şəxsləri Bakı şəhərinə gətirərkən Dövlət Yol Polisinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.

Həmçinin Qəbələ rayon Bunud kənd sakini, Əziz Ağakişiyev Qəbələdən paytaxta qanunsuz sərnişin daşıdığına görə Qobu Polis bölməsi əməkdaşları tərəfindən saxlanılaraq 15 sutka inzibati həbslə cəzalandırılıb.

Hər iki faktla bağlı araşdırma davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR