.

Kür çayında 3 nəfər batıb

Kürün Zərdab rayonundan keçən hissəsində 3 nəfər batıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR