.

Türkiyədə virusdan ölənlərin sayı 5300-ü keçdi

Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1024 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5300, virusa yoluxanlar isə 209 min 962 nəfərə çatıb.

Türkiyədə indiyədək 190 min 390 xəstə (son sutkada 2897 nəfər) sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR