İtaliyada son sutka ərzində 214 nəfər koronavirus infeksiyasına yoluxub.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 242 min 363 nəfərdir. Son bir gündə pandemiya qurbanlarının sayı 12 nəfər artaraq 34 min 926-ya çatıb.