Qan donduran HADİSƏ!

68 yaşlı Türkiyə vətəndaşını öldürüb sonra bədənini hissələrə ayırdılar.

Metbuat.az xəbər verir ki, Ukraynanın Odessa şəhərində 17 yaşlı iki nəfər birlikdə 68 yaşlı Türkiyə vətəndaşını xüsusi amansızla öldürəndən sonra iz itirmək üçün onu parçalayıb meyitini torbalara yığıblar.

Ukrayna polisinin verdiyi açıqlamaya görə, öldürülən şəxsin qardaşı oğlu əmisinin itməsi barədə polisə məlumat verib. Şikayətdən sonra axtarışlara başlayan polis türk vətəndaşın kirayədə yaşadığı evə gələrək axtarışlara başlayıblar. Evdə qan izləri tapıldıqdan sonra polis, hadisənin günahkarı olaraq 17 yaşlı bir qız və kişini saxlayıb.

Saxlanılan şübhəlilər dindirilmə zamanı cinayəti etiraf ediblər.

Polis Türkiyə vətəndaşının cəsədinin parçalarını 14 zibil torbasından tapıb. Hadisə ilə əlaqədar "qəsdən adam öldürmə" maddəsi ilə istintaq başladılıb. Hadisəni törədənlərə ömürlük həbs cəzası verilə biləcəyi istisna deyil.

Mənbə:Cnnturk.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR