.

SON DƏQİQƏ! İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ

Sərt karantin rejimi başlamazdan öncə ailələr arasında yoluxma ocaqlarının ləğvi zaman tələb edir.

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, yoluxma ilə sağalanlar arasında fərqi stabilləşdirmək üçün karantin rejiminin tətbiqi qaçılmaz idi: “Virusla nə qədər müddət birlikdə yaşayacağımızı bilmirik. Vətəndaşlara doğru və keyfiyyətli tibbi xidmət göstərmək, eləcə də çarpayı sayından düzgün istifadə üçün karantin rejimi barədə qərar verilib. Epidemioloji təhlildən sonra iyulun 20-dən sonra qərarın yenidən uzadılıb-uzadılmaması barədə məsələ müzakirə oluna bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR