.

''Koronavirus dünyada baş verən ciddi prosesləri kölgədə qoydu'' - Ekspertdən PROQNOZ

''Doğrudan da koronavirus bir pərdə rolunu oynayaraq dünyada baş verən ciddi prosesləri də kölgədə qoydu. İnsanların uzun analitik yazıları oxumağa və videolara baxmağa səbrləri çatmır. Yazılara ayrılan maksimum vaxt 15-20 saniyə, videolara ayrılan vaxt isə 1-3 dəqiqədir.''

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Elman Sadıqov bildirib. Onun sözlərinə görə son 30-40 ildə qlobal iqtisadiyyatı və kapitalist cəmiyyətlərini təhdid edən 4 böyük risk formalaşıb.

''11 sentyabr 2001-ci ildən sonra 19 il ərzində dünyanın maliyyə sistemi, nəzarət mexanizmləri (o cümlədən bank sirri məsələləri, Avropa nəzarətində olan SWIFT sisteminin ABŞ-ın birbaşa nəzarəti altına keçməsi, maliyyə nəzarətinin 1-ci mərhələsi və sair) ilə bağlı tədbirlərin daha geniş miqyaslı 2-ci dalğasının olacağı şübhəsizdir. Sürətin artdığı müasir dövrdə bu proses daha qısa sürəcək yəni 2030-cu ilə qədər. Dünyada mərkəzi bankların və bank sektorunun rolu (düşünülənlərin əksinə olaraq) daha da artacaq. Əslində, bank sektorunun makroiqtisadi inkişafda oynadığı rollar arasındakı fərq ölkələr üzrə daha da fərqli olacaq. Bu fərq inkişaf etmiş ölkələrin xeyrinə daha da dəyişəcək.

Növbəti 10 illikdə parlayacaq kriptovalyuta ''Facebookun Librası'' olacaq. Bir Libra 1 dollar nəzərdə tutulub. Bu kriptovalyuta hətta ABŞ senatını da narahat edib və dinləmələrdə qeyd olunub;

5G texnologiyası ilə bağlı yaradılan informasiya kirliliyi cahil fikirlər bu texnologiyanın əslində gətirəcəyi real təhlükələri kölgədə saxladı. Bu texnologiyanın gətirəcəyi əsas təhlükə kibertəhlükəsizlikdir, xüsusilə texnoloji cəhətdən inkişaf etməkdə olan dövlətlərin öz sirlərini qorumaqda çətinliklərlə üzləşəcəyi, informasiya təhlükəsizliyi ilə bağlı risklərin daha da artacağı ilə bağlı təhlükədir. 4G texnologiyası 10-100mb/san internetə imkan verirdisə, 5G texnologiyasında internetin indi orta sürəti 4.7gb/saniyədir. 5G-nin maksimum sürəti Sinqapur, Seuldadır. Bu isə serverlərdən dataları tozsoran kimi sürətlə sovurub saniyə və dəqiqələr ərzində götürməyə və ya sistemləri çökdürməyə imkan verəcək. Daha çox bu barədə düşünməyə ehtiyac var.''

Ekspertin sözlərinə görə dünyanın növbəti 4 il ərzində strateji inkişaf istiqaməti bu ilin noyabr ayında müəyyən olunacaq. ABŞ-dakı Prezident seçkiləri ciddi şəkildə kölgədə qalıb. Amma bu seçkilər təkcə ABŞ-ın deyil, dünyanın da taleyində rol oynayacaq seçkilər olacaq.

Su çalışmazlığı problemi olacaq...

'' Hazırda dəniz suyunun daha az maliyyətlə şirin suya çevrilmə texnologiyasının uğurlu tətbiqi ən azı texniki su problemini uğurla həll edə biləcək. Bir sıra ölkələrdə bu texnologiya tətbiq olunur. Neftin qiymətinin 150 dollar olacağı ilə bağlı kifayət qədər ciddi bank olan JP Morgan Bankının proqnozları düşünməyə əsas verir. Əlbəttə uzun müddət 150 dollarda qala bilməz, amma 0 və hətta mənfi 37 dollara düşən neftin 150 dollara da qalxması istisna olunmur. Əcəba: neftmi qalxacaq, yoxsa dollar bu qədər ucuzlaşacaq ? ABŞ-ın əsas hədəflərindən biri budur.

Şist nefti yenidən rentabelli etmək üçün neft hasil edən ölkələrə embargo mesajı verilir; yəni, neftin 150 dollara qalxacaq proqnozu varsa, bunun əsasları və ya bu proqnozun inputları da var. Bunlar gedən proseslərin bir hissəsidir, hamısı deyil. Gördüyümüz kimi, virus doğrudan da o qədər böyük bir pərdəyə çevrildi ki, gedən bu qədər önəmli qlobal proseslər kölgədə qaldı.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR