Permyakov cinayətinin təfərrüatları açıqlandı

Permyakov cinayətinin təfərrüatları açıqlandı
06:11 18 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni Avetisyan ailəsinin 6 üzvünü öldürməkdə şübhəli bilinən Rusiya əsgəri Valery Permyakov cinayəti törətdiyi evə qapının çərçivəsini çıxartmaqla və şüşəni sındırmaqla girib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsi xəbər yayıb.

Komitə yanvarın 17-də yaydığı məlumatda bildirir ki, əlavə ekspertiza təyin olunub. Yaxınlıqdakı kameralardan mümkün yazılar toplanır.

Müstəntiqlər Avetisyan ailəsinin telefon zənglərinin də operatordan çıxarışını istəyiblər. Onlarda əsas var ki, Permyakov qurbanların telefonundan istifadə edib.

Komitə bildirir ki, Gümrüdəki 102-ci hərbi bazadan Permyakovun necə qaçmasını, Avetisyan ailəsinin evinə necə gəlməsini istintaq hələ araşdırır.

Qeyd edək ki, verilən məlumata əsasən öz evində qətlə yetirilən Avetisyan ailəsi üzvlərinin ölümünün istintaqı vaxtı evdən Permyakovun çəkmələri çıxıb və o, qətl törətdiyini boynuna alır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR