.

Azərbaycanda yas məclisini yeni ənənə ilə təşkil etdi - TƏQDİR OLUNDU / FOTOLAR

Mingəçevirdə yas məclisləri ilə bağlı yeni bir ənənənin əsası qoyulub.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyublar. Koronavirusla əlaqədar olaraq insanların bir araya toplaşması yoluxma riskini artırdığından ürək çatışmazlığından vəfat etmiş həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini daha xeyirxah bir qaydada qeyd ediblər.

Belə ki, Zamanovlar ailəsi Mingəçevir şəhərində sərtləşmiş karantin qaydasına görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailəyə, şəhid və Qarabağ mühribəsi veteranlarının ailələrinə ərzaq yardımı paylayıblar.

Ailə, pandemiya ərzində hüzürü düşən hər kəsi qapalı məkanda yas məclisləri təşkil edib insanları riskə atmaqdansa, imkansız ailələrə dəstək olmaqla daha böyük savab qazanmağa çağırıb.

Zamanovlar ailəsinin bu təşəbbüsü şəhərin dini icması və əhalisi tərəfindən də təqdir edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR