.

Koronavirus dünyada ŞİDDƏTLƏ ARTIR: Son sutkada rekord yoluxma qeydə alındı

Dünyada son bir gündə 228 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

Metbuat.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 4-də qeydə alınıb - 211 mindən çox.

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 12 milyondan çox olduğu vurğulanıb.

Mənbə: Ria Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR