.

Millət vəkili: “Ermənistan” və “demokratiya” anlayışları tərs mütənasibdirlər.

''Dövlət müstəqilliyinin elan edilməsindən ötən illərin təcrübəsi göstərir ki, “Ermənistan” və “demokratiya” anlayışları bir-biri ilə tərs mütənasibdirlər. ''

Millət vəkili Musa Qasımlı Metbuat.az-a bildirdi ki, Ermənistanda qanunlar çevriliş yolu ilə hakimiyyətə gəlmiş N.Paşinyanın iradəsinə tabe etdirilib.

''Bu ölkə rəhbərlərinin qavrayışında demokratiya parlamentdə terror aktının törədilməsi, dünyanı fəlakətə salmış faşizmin silahdaşı olmuş, ideyasını Hitlerin “Mənim mübarizəm” kitabından götürmüş “erməniçilik” ideologiyasının əsasını qoymuş terrorçu Q.Njdeyə abidə qoyulması, bir-birini zorakılıqla dəyişən hakimiyyətlərin həmin abidəni sökməməsi, terrorçuların milli qəhrəman elan edilməsi, adlarına küçə və prospektlərin verilməsi, orden və medalların təsis edilməsi, digər xalqlara qarşı törədilən soyqırımıdır.

Bunları edənlərin özlərinin terrorçu, faşist və irqçi olduğu heç kimdə şübhə doğurmamalıdır. Çünki terrorçuluq, faşizm və irqçiliyin demokratiyaya zidd olduğunu hamı bilir.

Bilindiyi kimi, demokratiyanın tərkib hissələrindən biri qanunun aliliyi və insan hüquqlarının qorunmasıdır. Ermənistanda qanunlar çevriliş yolu ilə hakimiyyətə gəlmiş N.Paşinyanın iradəsinə tabe etdirilib. Prokurorlar sanksiyaları, məhkəmələr isə qərarları onun tapşırıqları ilə qəbul edirlər. Ermənistanda nəinki konstitusiya ilə təsbit edilmiş insan hüquqları, eyni zamanda insana Allah tərəfindən verilmiş yaşamaq haqqı əlindən alınır. İnsan hüquqlarının pozulması gündəlik həyat tərzinə çevrilib.İnsan hüquqlarının ayaqlar altına atıldığı Ermənistanda demokratiya deyil, Paşinyan diktaturası hökm sürür.''

Millət vəkili vurğuladı ki, Azərbaycanlıların tarixi torpaqlarından qovulması nəticəsində monoetnik ölkəyə çevrilən Ermənistanda azsaylı yezidi kürdlərin və yəhudilərin hüquqları kobudcasına pozulur.

''Demokratiyanın tələblərindən biri milli azlıqların hüquqlarının qorunmasıdır. Bu hüquqlar da heçə sayılır. Antisemitizmin hökm sürdüyü ölkələrın çərgəsində Ermənistan ön yerlərdədir. Deməli, Ermənistanın bu məsələdə də demokratiyadan danışmağa heç bir haqqı yoxdur.

Bütün bunları hamı görsə də, özlərini demokratiyanın qoruyucusu hesab edən Avropa təşkilatları bəs niyə susurlar?

Onlar nə zaman Ermənistana layiq olduğu yeri göstərəcəklər? Hesab edirəm ki, yalnız bu addımı atdıqdan sonra həmin təşkilatlar digər ölkələrdə demokratiyanın vəziyyətindən danışmağa mənəvi haqq əldə edə bilərlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR