COVİD 19-a meydan oxuyan KLİP -

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva və rejissor Delee-nin yeni dueti işıq üzü görüb.

Metbuat.az xəbər verir ki, “İnsan oğlu” adlanan mahnının sözləri Şahrun Süleymanovaya, musiqisi Sivvaya, aranjimanı isə Rübail Əzimova aiddir. Bu mahnı pandemiya dövründə bütün bəşəriyyətə və İNSAN OĞLUNA həsr olunub. Ekran işinin rejissoru bir çox məşhurlarla çalışan Delee təxəllüslü Cavid Orucludur.

Klipdə Mikelancelonun məşhur “Adəmin yaradılışı” rəsmindəki Tanrı və Adəmin bir-birinə uzanan barmaqları da bədii formada nümayiş olunub. Layihənin ümumi konsepsiyası isə belədir: Acizlik tam məğlubiyyət deyil. Dərindən nəfəs alıb, güc toplayıb irəliləmək mümküdür. Fəqət, əgər ciyərlərinə adı hətta KORONA olan virus bulaşıbsa, boğulursansa bir anlıq düşün. Axı sən kimsən? Mikelancelonun məşhur “Adəmin yaradılışı” rəsmini xatırla. Orada Tanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilib. Düşün ki, həmin Adəm kimi Sən də əlini elə indi Tanrıya uzatsan yenidən həyata qayıda bilərsən və ciyərlərin rahat nəfəs alar. Qorxma, qalx, əlini Tanrıya uzat və həyata davam et! Axı sən İNSAN OĞLUSAN...



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR