BMT-nin xüsusi sessiyasının gündəliyi açıqlandı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 31-ci xüsusi sessiyasının gündəliyi açıqlanıb.

Metbuat.BMT, az BMT-nin saytına istinadən xəbər verir ki, iyulun 10-də başlayan xüsusi sessiyasının gündəliyinə bir neçə məsələ daxil edilib.

Belə ki, gündəlikdə Baş Assambleyanın 74-cü sessiyasının prezidenti tərəfindən nümayəndə heyətinin sədri qismində iclasın açılışı, bir dəqiqəlik sükut, Baş Assambleyanın xüsusi iclasında nümayəndələrin səlahiyyətləri, Etimad Komitəsin üzvlərinin təyin olunması, Etimad Komitəsinin hesabatı, Prezident və digər rəsmilərin seçilməsi, eləcə də gündəliyin qəbuluna dair sessiyanın təşkili və ümumi debatlar nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasında COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi planlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR