ABŞ-ın hərbi bazalarında kütləvi yoluxma

Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən ABŞ hərbi bazalarında 60 nəfər koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə yerli "Ryukyu Simpo" qəzeti məlumat yayıb. Bildirilib ki, 38 yoluxma faktı Futemma bazasına aşkar edilib.

Məlumata görə, son iki ayda prefekturanın mərkəzi hissəsində çox sayda Amerika hərbçisi və yerli sakinlərin iştirakı ilə izdihamlı əyləncə gecələri keçirilib. Yoluxmaların bu səbəbdən artdığı deyilir.

ABŞ hərbi komandanlığı Yaponiyadakı hərbçilərinə və bazanın əməkdaşlarına hərəkət məhdudiyyətlərini bərpa edib. Onlara ictimai nəqliyyatdan istifadə, restoran və kafelərə getmək qadağan olunub.

Bu günə qədər ABŞ-ın Yaponiyadakı dörd bazasında COVID-19 infeksiyası aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR