.

SON DƏQİQƏ: Azərbaycanın Xalq artisti koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

Metbuat.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xanəndənin vəziyyəti ağırdır:

"Dünyanı cənginə alan koronavirus bəlası bizdən də yan ötmədi. Tanıdıqlarımıza, dosta, yoldaşa bulaşdı. İnsanın içini gəmirən bu ağır xəbərlərdən biri də sevimli insan, gözəl xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova ilə bağlı oldu. Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hələ xəstəxanaya yerləşdirilməyib. Amma necə olursa olsun, onun virusa qalib gələcəyinə əminəm. Çünki bir Qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz. Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var. Allah səni sevdiklərin üçün qorusun, gözəl insan”.

SON DƏQİQƏ: Azərbaycanın Xalq artisti koronavirusa yoluxdu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR