Düşmən hücumunun qarşısını alarkən şəhid olan 18 yaşlı əsgərimiz -

İyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşi açıb və hücuma keçməyə cəhd göstəriblər. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər yaralanıb.

Düşmən hücumunun qarşısını alarkən əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb.

2002-ci ildə anadan olmuş Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Bilik kəndindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətə 3 ay öncə yollanıb.

Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib. Daşdəmirovun özündən kiçik bir qardaşı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR