İsmayıllı öz şəhidini belə yola saldı -

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Xəyyam Daşdəmirov da son mənzilə yola salınıb.

Baku.Tv xəbər verir ki, 18 yaşlı əsgər ilə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Balik kəndində olub. Kənd sakinləri onun cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar.

Mərasimdə şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib. Şəhidimiz torpağa tapşırılıb.

Xəyyam Daşdəmirov hərbi xidmətə 3 ay öncə yollanmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR