Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib

Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının prokurorluq orqanları ötən gün şəhid olan hərbi qulluqçuların ailələrinə sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə başsağlığı verib.

Başsağlığında deyilir: "Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR