Tovuzda son vəziyyət -

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində döyüşlər davam edir.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə hazırda Tovuz rayonunda olan Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, artıq düşmən tərəf D30 toplardan, eyni zamanda minamiyotlardan istifadə edir, artilleriya qurğusunun səsi, demək olar ki, səngimir:

“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirəm. Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.

Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Ordusu bunun qarşısını alır və cavab atəşi ilə düşməni susdurur. Düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib. Erməni tərəfi bu gecə onlarla itki verib, itkiləri gizlədir. Ermənilər artilleriyadan istifadə etməklə artıq dinc əhalini, kənd sakinlərinin evlərini də vurmağa başlayıblar. Lakin dinc əhali arasında heç bir panika yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR