Millət vəkili Nigar Arpadarai ATƏT-in çağırışına münasibət bildirdi

Milli Məclisin deputatı Nigar Arpadarai ATƏT-in sədri, Albaniyanın Baş Naziri Edi Rama tərəfindən Azərbaycan və Ermənistana ünvanlanmış, sərhəddə mövcud vəziyyətin deeskalasiyası və atəşkəsin bərpası ilə bağlı çağırış tərkibli bəyanatını yetərli hesab etmir.

Metbuat.az xəbər verir ki, Nigar Arpadarai bildirib ki, deeskalasiya və atəşkəsə çağırış əvəzinə ATƏT tərəflər arasında daimi sülhün bərpasına çağırış etməlidir və bu sülh ancaq ATƏT-in fəaliyyətinin başlıca prinsiplərindən olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslana bilər:

“Əgər ATƏT-in üzvlərindən biri olan Ermənistan bu prinsiplərə əməl etmirsə, bu prinsipləri kobud şəkildə pozaraq digər dövlətin ərazisini işğal edirsə, ya Ermənistan bu təşkilatdan çıxarılmalıdır, ya da ATƏT missiya və mandatına yenidən baxmalıdır, çünki hazırki vəziyyətdə onun fəaliyyəti mənasızdır”.

Mövcud vəziyyətlə əlaqədar ATƏT-in sədrinə, həmçinin Avropa Şurasına, Avropa Şurasının və ATƏT-in Parlament Assambleyasına məktublar ünvanlayan millət vəkili beynəlxalq təşkilatlara mövqeyimizi qətiyyətlə bildirməli olduğumuzu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR