Düşmənin atdığı mərmilər yaşayış evlərinə düşdü -

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, mərmi atəşi səhər saatlarından başlayıb.

Evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur.

Bununla belə, kənd sakinləri evlərini tərk etməyib, gündəlik həyatına davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR