Avropa qorxu içində (VİDEO)

Avropa qorxu içində (VİDEO)
06:41 18 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Belçika polis idarələrində 13-dək şübhəli dindirilir.

ANS PRESS-in məlumatına görə, ölkədə ordu hazırlıq vəziyyətinə gətirilib.

Brüssel və Antverpen şəhərlərində 150 əsgər keşik çəkir və qarşıdan gələn həftələrdə onların sayı iki dəfə artırılmalıdır.

Belçika adambaşına düşən terrorçuların sayına görə Qərbi Avropada birinci yeri tutur. Ölkənin şərqindəki Verviyer şəhərində ötən cümə axşamı iki terror şübhəlisi polis tərəfindən öldürülüb.

Bəzi təxminlərə görə, İraq və Suriyadakı 5000-dək əcnəbi döyüşçüdən 300-450-si buradan gedib. Ölkənin özündə isə 500 min müsəlman yaşayır. Belçika 2011-ci ildə üzün bağlanması ilə tam hicablanmanı qadağan edib.

Parisdə isə bir silahlı poçtxanada bir neçə nəfəri girov götürüb, lakin polislə qarşıdurmadan sonra təslim olub. Rəsmilər bildirirlər ki, bu hadisənin terrorla əlaqəsi hələ araşdırılır.

Fransa polisi bildirib ki, ötən həftə “Cahrlie Hebdo” jurnalına və supermarketə basqın etmiş terrorçulara kömək göstərməkdə şübhəli bilinən 12 nəfər həbs olunub.

Qeyd edək ki, Polis Belçika və Parisdəki insidentlərin əlaqəli olmasını göstərən əlamətlər aşkar etməyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR