Bakıda dəhşətli yol qəzası:

Bakının Qaradağ rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindən Qobu qəsəbəsini birləşdirən yolda olub.

“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “VAZ-2107”nin sürücusü və VAZ 21099-da olan qadın sərnişin hadisə yerində dünyasını dəyişib.

2003-cü il təvəllüdlü Sultanova Nisə Kazım qızı, 1988-ci il təvəllüdlü Xəlilova Sevinc Sahil qızı, 1971-ci il təvəllüdlü Nəsibova Arzu Xanoğlan qızı, 1995-ci il təvəllüdlü Məlinova Günel Mustafa qızı xəsarət alıblar. Onlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR