Ölkənin 4 regionunda bərpa mərkəzləri tam şəkildə təmir olunub və istifadəyə hazırdır

Ölkənin 4 regionunda regional bərpa mərkəzləri artıq tam şəkildə təmir olunub və istifadəyə hazırdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki regional reabilitasiya mərkəzləridir. “İlin sonuna qədər isə Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatı, Şirvan Əlilliyi olan şəxslərin regional Bərpa Mərkəzi, eləcə də, Qəbələ və Şəmkirdə Uşaq Bərpa Mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcək”, deyə nazir diqqətə çatdırıb.

Bu müəssisələrin istifadəyə verilməsi ilə ölkədə reabilitasiya imkanları 2 dəfədən çox artırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR