x
Loading...
.

“Məni yaxınlarıma qaytardığınız üçün sizə təşəkkür edirəm” - Bəhram Bağırzadə

.

Xalq artisti Bəhram Bağırzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Metbuat.az xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında fikirlərini bölüşüb:

“Biz Allahdan sonra ilk növbədə qadın qarşısında borcluyuq: əvvəlcə o bizə həyat verir, daha sonra isə bu həyata məna qatır”. Mən bu deyimin kimə məxsus olduğunu xatırlamıram, ancaq mən bu gün bu mətni Uca Yaradanın bir çox fəzilət - gözəllik, parlaq intellekt, gözəl ruh, müdriklik və sonsuz mərhəmət bəxş etdiyi qadına dərin təşəkkürümü bildirməklə davam edərdim.

Uca Yaradanın lütfü ilə gözəl qadınlar həmişə məni əhatə ediblər. Amansız 2020-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmətini hədiyyə etdi. Həyat və ölüm arasında qaldığım bu günlərdə mən birinci vitse-prezidentin, Azərbaycanın birinci xanımın deyil, mənə yardım və xilas əlini uzadan böyük ürəkli bacımın səmimi qayğısını hiss etdim. Mehriban xanım, mənim üçün etdiklərinizə görə sizə təşəkkür edirəm. Yaşadığım və nəfəs aldığım üçün məni qaytardığınız yaxınlarımın adından sizə təşəkkür edirəm. Ulu Tanrı ən yaxşı işlərinizə görə sizə ən yüksək mükafatı versin!”

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR