Azərbaycan nefti yenidən bahalaşıb

Ötən həftə ərzində (13-17 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,53 ABŞ dolları və ya 1,2% artıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 44,68 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 45,06 dollar təşkil edib, ən minimal göstərici isə 44,36 dollar səviyyəsində olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR