Azərbaycanda daha bir tanınmış həkim koronavirusa yoluxdu

Azərbaycanda daha bir tanınmış həkimdə COVID-19 aşkarlanıb.

Metbuat.az report-a istinadən xəbər verir ki, A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkiminin müalicə işləri üzrə müavini Nərmin Qasımova koronavirusa yoluxub.

Hazırda həkimin vəziyyəti orta ağırdır. O, xəstəxanada müalicə olunur.

Qeyd edək ki, N.Qasımova 2002-ci ildən Səbail rayonunda yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR