.

İmtahanlarda koronavirusa yoluxma qeydə alınıb? - DİM-dən AÇIQLAMA

.

İndiyə kimi keçirilən imtahanlarda 143 min abituriyent iştirak edib. Bütün imtahanların nəticələri artıq açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

X.Xanlarzadə qeyd edib ki, lokallaşdırma zamanı bir binada 250 nəfərədək abituriyentin iştirakı mümkündür:

"İmtahanlarda kütləviliyin azaldılması məqsədilə lokallaşdırma aparılıb. Burada Təhsil Nazirliyi tərəfindən dəstək almışıq".

DİM rəsmisi deyib ki, 23-24 iyulda təxirə salınmış buraxılış imtahanları keçiriləcək:

"Bütün məlumatlar Dövlət İmtahan Mərkəzinin saytında qeyd edilib. Abituriyentlər rəsmi saytdan məlumatları əldə edə bilərlər. Ümumilikdə 58 mindən artıq abituriyent imtahan verəcək. İndiyə qədər imtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb".

X.Xanlarzadə qeyd edib ki, imtahanlar zamanı koronavirusa qarşı müəyyən olunmuş bütün qaydalar qüvvəddir.

"Həmçinin bütün imtahan binalarının qarşısında sosial məsafənin gözlənilməsi üçün xətlər çəkilib. Eyni zamanda, hər abituriyenti bir nəfər müşayiət edə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR