Həkim: "Bəhram Bağırzadə yeriyir, telefondan istifadə edir"

"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqdadır".

Metbuat.az apa-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B. Bağırzadənin huşu aydındır: "Son bir həftə ərzində artıq spontan tənəffüsdədir. Fəaldır, ayağa qalxır. Palata və reanimasiya şöbəsinin dəhlizində yeriyir. Telefondan istifadə edir. Bununla belə bir qədər narahat edən amil dünən axşamdan bədən hərarətinin yüksəlməsidir. Bunu nəzərə alaraq aparılan müalicəyə müəyyən əlavələr edilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR