​Zaqatalada yanğın baş verib -

Zaqatalada yanğın baş verib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala şəhəri, Saleh Qocayev 1A ünvanın yerləşən Zaqatala şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın həyətində, gimnaziyaya məxsus ümumi sahəsi 400 kv/m olan və anbar kimi istifadə edilən köhnə tikilidə yanğın baş verib.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


4 / 6


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR