Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu: Vəziyyəti ağırdır -

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.

Metbuat.az report-a istinadən xəbər verir ki, reanimotoloq Elçin Həmzəlioğlunun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin nəticəsi pozitiv çıxıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

O, yoluxana qədər Masallı və Astara rayon mərkəzi xəstəxanalarında koronavirusla mübarizədə aktiv fəaliyyət göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR