Türkiyədə koronavirus qurbanlarının sayı 5526 oldu

Türkiyədə son sutka ərzində 18 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 928 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5526, virusa yoluxanlar isə 221 min 500 nəfərə çatıb.

Türkiyədə indiyədək 204 mindən çox xəstə (son sutkada 1009 nəfər) sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR