Koronavirusa yoluxanların sayı 15 milyona çatır

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 15 milyon nəfərə yaxınlaşır.

Metbuat.az "Worldometers" saytına istinadən xəbər verir ki, virusa yoluxma sayı 14 milyon 970 min 963, pandemiya qurbanlarının sayı isə 615 min 880 nəfərə çatıb.

İndiyədək 8 milyon 991 min 432 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR