Şəkidə sərt karantin rejimində məclis təşkil edənlər cərimələndi

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəliblər. Ev sahibi M.Yusifovun 20- dən artıq şəxsi biryerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların biryerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.

Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR