Pep Qvardiola İngiltərədə daha bir rekordu qırdı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni Premyer Liqa rekordu müəyyənləşdirib.

Metbuat.az bildirir ki, cari mövsüm Pep start heyətində 143 dəyişiklik edib, bununla da "Mançester Yunayted"in əfsanəvi çalışdırıcısı Aleks Ferqyusonun rekordunu qırıb. Şotlandiyalı mütəxəssis 2008/09 mövsümündə start "11-liy"ində 140 dəyişikliyə əl atıb.

Mövsüm ərzində ən çox dəyişiklik edən məşqçilər:
1. Pep Qvardiola ("Mançester Siti". 143 dəyişiklik - 2019/20 mövsümü)
2. Aleks Ferqyuson ("Mançester Yunayted". 140 - 2008/09)
3. Stiv Maklaren ("Midlsbro". 136 - 2005/06)
4-5. Aleks Ferqyuson ("Mançester Yunayted". 135 - 2012/13)
4-5. Yurgen Klopp ("Liverpul". 135 - 2017/18).

Mənbə: Ntvspor.net


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR