Azərbaycanda ailənin tək qızı olan tələbə bu səbəbdən öldü -

Bakı Dövlət Universitetinin mətbuat xidməti tələbənin ölümünə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Universitetin mətbuat katibi Günel Orucəliyeva Lent.az-a bildirib ki, Ayşən İsmayılzadə BDU-nu bu il bitirib:

"Dünyasını dəyişən gənc qız hazırda BDU-nun tələbəsi deyil. Bu il məzun olub. Revmatizmdən əziyyət çəkirdi. Sonradan xəstəlik böyrəklərini sıradan çıxartdı. Məzunumuzun gənc yaşında dünyasını dəyişməsinə üzülürük və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR