Prezident bazarı gəzdi (VİDEO)

Prezident bazarı gəzdi (VİDEO)
06:56 18 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

“Fransız xaqlı başına gəlmiş müsibətdən ləyaqətlə çıxıb”.

ANS PRESS-in məlumatına görə, bu sözləri şənbə günü Tul şəhərində bazarı gəzən prezident Fransua Olland deyib.

“Biz əlbəttə, bilirik ki, təhlükələr hələ də qalır, - deyən Olland, - lakin həyat öz axarında davam etməli və biz bir millət kimi daha da güclü olmalıyıq. Bu bizim verə biləcəyimiz ən yaxşı cavabdır ”- əlavə edib.

Qeyd edək ki, Bütün Fransa boyu şəhər və qəsəbələrin küçələrinə 15 min əlavə polis qüvvəsi çıxarılıb. “Charli Hebdo” jurnalının Məhəmməd Peyğəmbəri təhqir edən karikaturaları yenidən dərc etməsi ölkədə yenidən qorxu hissi yaradıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR