"Real Madrid"in satmaq istədiyi oyunçular məlum oldu

"Real"ın yay transfer pəncərəsindəki planları məlum olub.

Metbuat.az "qol.az"a istinadla xəbər verir ki, klub koronavirus səbəbindən büdcəsi zəiflədiyinə görə bəzi futbolçuları ilə yolları ayırmağı düşünür. Belə ki, klub Xames Rodriqes, Qaret Beyl, Luka Yoviç və Mariono Diası satmaq istəyir.

Bildirilib ki, icarə əsasında digər komandalarda forma geyinən "Real"ın 11 futbolçusu bu yay kluba geri dönəcək. Buna görə klubun Luka Modriç, Naço və Lukas Vaskes, Dani Sabelyos, Alvaro Odriosol, Oskar Rodriqes, Xesus Valyeho, Borxa Mayoral və Xorxe de Frutosu da satmağa hazır oldu bildirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR