Tarixi gün! Ərdoğan Ayasofyada Quran oxudu -

Bugün Türk dünyasında tarixi bir gündür. 86 il sonra muzeydən məscidə çevrilən Ayasofyada namaz qılındı.

Metbuat.az xəbər verir ki, bütün xristian dünyasının nəzərləri Türkiyənin paytaxtı İstanbul şəhərinə cəmlənib.

Prezident Rəcəb Təyyib Ərdoğan, cümə namazından əvvəl Ayasofyada Quran oxuyub. 86 il sonra Ayasofyada ilk azan oxunub və cümə namazı qılınıb.

Qeyd edək ki, məscidə giriş zamanı koronavirusa görə bütün qoruyucu tədbirlər görülüb. Məscid-muzeyin 17 yerində 736 tibb işçisi fəaliyyət göstərəcək, habelə 1 tibbi helikopter, 101 təcili tibbi yardım maşını cəlb ediləcək.

Mənbə: Cnnturk.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR