ÜST-dən koronavirusla bağlı BƏDBİN PROQNOZ: Bu tarixdən tez peyvənd olmayacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb.

Metbuat.az bildirir ki, ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu qeyd edib. Lakin təşkilat rəsmisi 2021-ci ilin əvvəllərinə qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib.

"Realist olsaq, gələn ilin əvvəlində insanların peyvənd olunduğunu görə biləcəyik”, - deyə, Mayk Rayan bildirib. (azxeber)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR