Dövlət Proqramı əkinəyararlı torpaqlardan səmərəli istifadəyə stimul verib

07:03 18 Yanvar 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 18 yanvar, AzərTAc
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” aqrar sektorun həmin sahələrinin inkişafında böyük nailiyyətlər qazanılmasına stimul verib.
AzərTAc xəbər verir ki, son illər muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün əkinəyararlı torpaqların səmərəli istifadəsi ciddi nəzarətdə saxlanılıb.
Muxtar respublikanın tərəvəzçilik sahəsində təcrübə qazanan torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək ötən il əkin sahələrini bir qədər də genişləndirərək 6125 hektara çatdırıblar. Onlar müxtəlif dövlət yardımlarından, kreditlərdən istifadə edərək sahələrdən 66 min 731 ton məhsul toplayıblar. Bu isə daxili bazarda yerli istehsalın çəkisini xeyli yüksəldib, idxaldan asılılığı minimum həddə endirib.
Əhalinin ilin bütün fəsillərində tərəvəz məhsulları ilə təchizatı da diqqət mərkəzində olub. Bəhs olunan dövrdə 6 yeni istixana kompleksi fəaliyyətə başlayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Proqrami_ekineyararli_torpaqlardan_semereli_istifadeye_stimul_verib-825613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR